Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Trampa verilən FİFA-nın Sülh Mükafatı Bakıda hazırlanıb

User 06 Dekabr 2025 - 13:31 (Last updated: 06 Dekabr 2025 - 13:31)
tramp mukafat baki

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda 2026 FIFA Dünya Kubokunun püşkatma mərasimi çərçivəsində 2025-ci il üzrə ilk dəfə təsis olunan FİFA Sülh Mükafatına layiq görülüb.

Mükafat Trampa FİFA prezidenti Canni İnfantino tərəfindən təqdim edilib və rəsmi videoçarxda digər münaqişələrlə yanaşı, Prezidentin Ermənistan–Azərbaycan istiqamətində sülh təşəbbüslərinə də xüsusi yer verilib.

Trampa təqdim edilən tunc heykəl Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin BMT-nin Cenevrədəki Millətlər Sarayının qarşısında ucaldılmış, sülh rəmzi sayılan “Düşüncələr və arzular” abidəsinin miniatür variantıdır.

Mükafatın həmmüəllifi Rəssamlıq Akademiyasının prorektoru, İttifaqı sədrinin birinci müavini, Xalq rəssamı Səlhab Məmmədov Modern.az-a bildirib ki, onlar bir neçə ay əvvəl müsabiqədə qalib gəliblər:

“Bildirdilər ki, FİFA Sülh Mükafatı təsis etmək istəyir istəyirlər. Onlara başqa ölkələrdən də müxtəlif eskizlər göndərildi. Xalq rəssamı Əli İbadullayevlə birlikdə Cenevrədə, BMT-nin Millətlər Sarayının qarşısındakı parkda yerləşən “Düşüncələr və arzular” əsərimizin eskizini hazırlayıb onlara göndərdik. Ondan sonra xəbər gəldi ki, münsiflər heyəti bizim işimizi seçib və onun əsasında döş nişanı ilə medal hazırlanacaq. Mükafat hər il sülhə töhfə verən, slühlə idmanı birləşdirən müxtəlif dövlət başçılarına, beynəlxalq nüfuzu olan şəxslərə veriləcək” – deyə Xalq rəssamı vurğulayıb.

S. Məmmədov onu da qeyd edib ki, mükafat və döş nişanı Bakıda hazırlanıb:

“Mükafat və döş nişanı Bakıda hazırlanıb. Medal isə mükafatın eskizləri əsasında  FİFA tərəfindən hazırlandı. Bu bizim mədəniyyətin, incəsənətin təntənəsidir. Cənab Prezidentimiz də sülhə hər zaman töhfə verib. Mükafat Trampa veriləndə cənab Prezidentin də görüntülərini orada gördük. Bu səbəbdən bizim də sülh mükafatının hazırlanmasında iştirakımız çox böyük şərəf oldu” – o sonda qeyd edib.

AzPost.az

Post navigation

Previous: Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Next: Nadir xəstəliklər üçün olan dərmanların siyahısı genişləndirilib

Oxşar xəbərlər

Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00
yap sedr
  • Sosial

DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib

User 26 Oktyabr 2026 - 13:53

xƏBƏR

gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda günəş enerjisi istehsalının ən böyük layihələrindən biri olan “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) istismara verilməsindən üç...
Read more about Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib putin uitkoff
  • Dünya

Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib

User 26 Oktyabr 2026 - 15:34
İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.