Trampdan kürdlərə dəstək verən şok bəyanat:“Hərbi əməliyyatın Türkiyə üçün dağıdıcı nəticəsi olacaq”

“Biz Suriyadan çıxma prosesində olsaq da, heç bir halda kürdləri tərk etməmişik”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ Prezidenti Tramp tvitterdə Türkiyənin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyatlarına toxunaraq yazıb.

“Bizim Türkiyə ilə NATO çərçivəsində münasibətlərimiz və ticarət tərəfdaşlığımız çox yaxşı olub. Türkiyə çox böyük kürd əhalisinə malikdir. Türkiyə çox yaxşı başa düşür ki, Suriyanın həmən rayonunda bizim cəmi 50 əsgərimiz var idi və onlar oradan çıxarılıb.

Türkiyənin istənilən məcburi və lazımsız hərbi fəaliyyəti onların iqtisadiyyatı və kövrək valyutaları üçün dağıdıcı nəticələrə gətirəcək. Biz kürdlərə silah və maddi cəhətdən yardım edirik”.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq Baş nazir Novruz Məmmədov danışdı:

Sonrakı məqalə

Baş Polis İdarəsi Milli Şuranın piketi barədə açıqlama yaydı –