Sabiq Baş nazir Novruz Məmmədov danışdı:" Əlavə nəsə deməyim düz olmaz, hər şey deyildi"

“Hazırda heç bir mətbuat orqanına müsahibə vermək fikrində deyiləm. Hər şey artıq deyilib”.

Azpost.info bildirir ki, bunu Modern.az-a qısa açıqlamasında sabiq Baş Nazir Novruz Məmmədov istefaya göndərilməsi məsələsinə münasibət bildirərkən deyib. O, qeyd  edib ki, əlavə nəsə danışması doğru deyil: “Bu gün Milli Məclisdə  Baş Nazir məsələsi  ətrafında daha ətraflı danışıldı. Milli Məclis üzvləri  fikirlərini bildirdilər. Mənim əlavə nəsə danışmağım doğru olmaz”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının yeni Baş Nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Digər sərəncamla Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xəzərdə 4 balıqçı itkin düşüb –

Sonrakı məqalə

Trampdan kürdlərə dəstək verən şok bəyanat: