“Trampı öldürmək istəyirik!”– İran yeni qanadlı raketinin hədəfini açıqladı

İran uçuş məsafəsi 1650 kilometr olan qanadlı raket istehsal edib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” SEPAH aerokosmik qüvvələrinin komandanı Əmirəli Hacızadəyə istinadən məlumat yayıb.

Ə.Hacızadənin sözlərinə görə, Tehran 2020-ci ildə iranlı general Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-dan qisas almaq fikrindən daşınmayıb.

“Biz ABŞ-ın keçmiş prezidenti Donald Trampı və keçmiş dövlət katibi Mayk Pompeonu öldürmək istəyirik. Süleymaninin məhv edilməsi əmrini verən hərbi liderlər öldürülməlidir”, – Hacızadə deyib.

Agentliyin məlumatına görə, Tehran ABŞ və bir sıra Avropa ölkələrinin etirazlarına baxmayaraq, raket proqramını genişləndirib. İran hakimiyyəti proqramın sırf müdafiə və çəkindirici məqsəd daşıdığını bəyan edir.

Azpost.info

Əvvəlki məqalə

Niğdedə 5,3 bal gücündə zəlzələ dağıntılar törətməyib

Sonrakı məqalə

İlham Əliyevlə Ərdoğan arasında görüş başladı