ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi və keçmiş prezident Donald Trampın əsas rəqibi Nikki Heyli prezident seçkilərində ilk qələbəsini qazanıb.
Azpost.info “The New York Times”a istinadən bildirir ki, ilkin seçkilərlə bağlı səsvermə Amerikanın paytaxtı Vaşinqtonda keçirilib. (rəsmi adı Kolumbiya dairəsidir, Vaşinqton ştatı ilə qarışdırılmamalıdır) Nikki Heyli 19 nümayəndənin hamısının səsini toplayıb.
Səslərin 100 faizinin hesablanmasının nəticələrinə görə, Heyli 62,8 faiz, Tramp 33,3 faiz səs toplayıb.
Qalan səslər Floridadan olan iş adamı və ABŞ Hərbi Hava Qüvvələrinin təqaüdçü mayoru Devid Stukenberq, eləcə də yarışı tərk edən, lakin səsvermədə qalanlar arasında bölüşdürülüb: Rayan Binkli, Duq Berqum, Kris Kristi, Ron DeSantis və Vivek Ramasvami.
Səsvermədən əvvəl “Associated Press” Vaşinqtondakı ilkin seçkiləri namizəd Heylinin qalib gəlmək üçün “ən yaxşı şansı” adlandırmışdı. Buna qədər siyasətçi yalnız Nevada ştatında Respublikaçıların praymerizində qalib gəlib. Bununla belə, o, prezidentliyə namizədlərin irəli sürülməsi proseduruna heç bir şəkildə təsir etməyib.
Azpost.info