Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Trampın andiçmə mərasimi qapalı məkanda keçiriləcək

User 17 Yanvar 2025 - 22:26 (Last updated: 21 May 2025 - 20:15)
Donald Tramp

Donald Tramp

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi soyuq hava ilə əlaqədar qapalı şəraitdə keçiriləcək.

AzPost Apa-ya istinadən xəbər verir ki, bu məlumatı Ağ Evin gələcək rəhbəri “Truth” hesabında təsdiqləyib.

Tramp əlavə edib ki, onun inauqurasiya günü parad Vaşinqtondakı “Capital One Arena”da keçiriləcək.

Trampın öncəki prezidentlik dönəmi

Donald Tramp 2016-cı il 8 noyabr prezident seçkilərində rəqibi — demokrat Hillari Klintonu üstələyərək ABŞ prezidenti seçilib. 20 yanvar 2017-ci ildə isə andiçmə mərasimi keçirilib və səlahiyyətlərinin icrasına başlayıb. O, 2020 ABŞ prezident seçkilərində 2-ci dönəm üçün təkrar namizəd olur və nəticədə rəqibi Co Baydenə məğlub olaraq, uyğun olaraq 2021-ci ilin 20 yanvarında səlahiyyət müddəti bitir və postu ona devr edir.

Tramp siyasətdən əvvəl nə iş görüb?

Qeyd edək ki, Tramp 1968-ci ildə Pensilvaniya Universitetindən iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. 1971-ci ildə atası tərəfindən daşınmaz əmlak biznesinin prezidenti təyin edilib. O, sonradan bu şirkətin adını “The Trump Organization” olaraq dəyişdirmək qərarına gəlmiş, diqqətini isə hündür binaların, otellərin, kazinoların və qolf meydançalarının tikintisinə və təkmilləşdirilməsinə yönəltmişdir. Ona məxsus olan bu şirkət 1990-cı illərin sonlarında müflis olub. O, sonrakı illərdə bir sıra uğurlu biznes təşəbbüsləri həyata keçirərək şirkətini yenidən ayağa qaldırıb. Belə ki, o, bir çox müəssisələrin “Trump” adı altında fəaliyyət göstərməsinə razılıq verən lisenziya müqavilələrinə imza atıb. Donald Trampın 2004–2015-ci illərdə efirlərə çıxan biznes realiti şousu “The Apprentice“-nin istehsalını və aparıcılığını etdiyi bilinir.

Donald Trampın 4000-dən çox məhkəmə işində iştirak olub. O cümlədən, onun müəssisələri altı dəfə iflas edib. Respublikaçılar Partiyasına mənsub olan Donald Tramp 2016-cı ildə keçirilən prezident seçkilərində rəqibi demokrat Hillari Klintonu üstələyərək prezident postuna yiyələnib. Onun prezident seçilməsi ölkədə kütləvi etirazlara səbəb olub. Tramp xarici siyasət məsələlərinə qarışmamağı üstün tutur. O, mühafizəkarlığın təbliğinə önəm verir.

Tramp 2016-cı ilin yanvarında prezident vəzifəsinin icrasına başladıqdan sonra yeddi müsəlman ölkəsindən olan vətəndaşların ABŞ-yə gəlişinə müvəqqəti qadağa qoyan miqrasiya sərəncamı imzalayıb.

D. Trump ümumilikdə 3 dəfə evlilik həyatı yaşayıb. Bu evliliklərdən ümumilikdə 5 olmaqla 3 oğlan 2 qız övladı var.

Donald Trump lüks malikanələrdə yaşamağı sevir. Onun indiyə kimi aldığı ən bahalı evin qiyməti 20 milyon dollara yaxındır. Bundan başqa onun bir neçə lüks malikanələri və avtomobilləri var.

 

Post navigation

Previous: Tramp Ukrayna üçün yaxşı sövdələşməyə nail ola bilər –
Next: Bu şəxslər işdən çıxarılacaq?

Oxşar xəbərlər

rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.