Trampın impiçmenti ilə bağlı yekun səsvermə keçiriləcək

04 Fevral 2020 - 08:45

Senatda bu həftə prezident Trampın impiçmenti ilə bağlı yekun səsvermə keçirilməlidir. Çərşənbə günü baş tutacaq səsvermə ABŞ dövlət başçısının illik hesabat məruzəsindən bir gün sonraya təsadüf edir. İndiyədək iki prezident – demokrat Bill Klinton və respublikaçı Riçard Nikson impiçmentlə üzləşib.

ABŞ tarixində Tramp impiç edilən 3-cü prezident ola bilər. İllik hesabat məruzəsi zamanı o, hakimiyyətdən uzaqlaşma təhlükəsi altında olacaq.

1999-cu ildə Bill Klinton bununla üzləşmişdi.

“Gəlin bir millət kimi gözlərimizi qaldıraq və Amerika Əsrinin zirvəsindən Allahınızdan səylərimiz və sevimli ölkəmizə xeyir-dua diləyək” , Klinton demişdi.

1974-cü ildə Riçard Nikson çıxışını özünün müdafiəsinə həsr etmişdi.

“İnanıram ki, bu istintaq və digər bir istintaqın başa çatması vaxtıdır. Bir illik Votergeyt kifayətdir”, Nikson vurğulamışdı.

Klinton isə başqa mövqedən çıxış etmişdi.

“Bu, impiçment məsələsinin tamamilə kənara qoyularaq, olduqca nikbin, ABŞ-da vəziyyətin, iqtisadiyyatın nə qədər yaxşı olduğuna, bir çox iş yerinin açıldığına dair çıxış idi” – deyə, Vanderbilt Universitetindən Tomas Şvartz bildirib.

Noyabr seçkilərindən öncə fevral ayının 5-i çıxışı Tramp üçün böyük əhəmiyyət kəsb edir.

“İqtisadiyyat inkişaf etmiş, Afrika mənşəli amerikalılar və ispandillilər üçün işsizlik ən aşağı – rekord səviyyəsində idi. İmpiçment də daxil edilməklə, prezidentin Konqresdə nə baş verdiyindən asılı olmayaraq, danışmaq istədiyi nailiyyətlər idi” , “Heritage” Fondundan Hans von Spakovski bildirib.

Klintona bəraət qazandırıldı, Nikson istefa verdi. Təhlilçilər Trampın sələflərindən qarışıq nümunə götürəcəyini düşünür.

“O, administrasiyasının uğurlarından, xüsusilə iqtisadiyyatdan danışacaq. Ola bilsin impiçment məsələsinə toxunsun, demokratları siyasətlərinə görə tənqid etsin”, Tomas Şvartz bildirib.

Keçirdiyi yürüşlərdən göründüyü kimi Tramp nikbinliyə üstünlük verəcək.

“Bu noyabrda biz Nümayəndələr Palatasını qazanacaq, Senatı, Ağ Evi əlimizdə saxlayacağıq”, Tramp deyib.