Amerika məhkəməsi keçmiş prezident Donald Trampın iştirakı ilə keçirilən ilk iclasda video çəkilişlərini və səsyazmaya icazə verməyib.
Azpost.info bildirir ki, bu barədə ABC News xəbər verib.
Bu gün Trampın Mayami federal məhkəməsində çıxışı planlaşdırılıb. Ona qarşı Ağ Evdən məxfi materialların çıxarılması ilə bağlı ittihamlar elan ediləcək. Tramp onlara cavab verəcək. Növbəti dinləmələrin qrafiki müəyyən ediləcək.
“Federal hakim, ABC News daxil olmaqla, media qurumlarının Trampın çıxışı və ittiham aktı ilə bağlı video çəkilişlərini rədd edib”, – deyə ABC News-a bildirib.
