Trampın şəxsi köməkçisi koronavirusa yoluxdu

08 May 2020 - 00:12
ABŞ prezidenti Donald Trampın köməkçilərindən birinə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Hidliyə istinadən CNN bildirib.
Qeyd edilir ki, prezidentin virusa yoluxan köməkçisi ABŞ-ın Hərbi Dəniz Donanmasının qulluqçusudur. O, Trampa və ailəsinə çox yaxın şəxsdir.
Nəşrin məlumatına görə, ABŞ lideri kamerdinerinin COVID-19 testinin müsbət nəticəsi haqqında bildikdə məyus olub.
Bu xəbərdən sonra prezident və baş nazir yenidən tibbi müayinədən keçiblər. Ağ Evdə bildiriblər ki, hər iki siyasətçi sağlamdır.