Trampın şəxsi köməkçisi koronavirusa yoluxdu

ABŞ prezidenti Donald Trampın köməkçilərindən birinə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Hidliyə istinadən CNN bildirib.
Qeyd edilir ki, prezidentin virusa yoluxan köməkçisi ABŞ-ın Hərbi Dəniz Donanmasının qulluqçusudur. O, Trampa və ailəsinə çox yaxın şəxsdir.
Nəşrin məlumatına görə, ABŞ lideri kamerdinerinin COVID-19 testinin müsbət nəticəsi haqqında bildikdə məyus olub.
Bu xəbərdən sonra prezident və baş nazir yenidən tibbi müayinədən keçiblər. Ağ Evdə bildiriblər ki, hər iki siyasətçi sağlamdır.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Trampa müraciət etməklə Şeyx öz müsəlman borcunu yerinə yetirib” –

Sonrakı məqalə

Azərbaycan Ali Sovetinin Sədri Yaqub Məmmədovun 1992-ci ildə Şuşa ilə bağlı xalqa  müraciəti –