Trampın seçkidə məşhur rəqibi Putinə xəbərdarlıq etdi:

"Amerika seçkisindən uzaq dur!"
22 Fevral 2020 - 23:32

Birləşmiş Ştatlar prezidentliyinə demokrat namizəd Berni Sanders Rusiyanın 2020-cil prezident seçkisinə hər hansı müdaxiləsini qınayır.

Vermontlu senator The Washington Post qəzeti ABŞ rəsmilərinin Sandersə Rusiyanın onun kampaniyasına yardım etdiyini bildirdiyinə dair xəbər yayandan dərhal sonra bəyanat yayıb. Bəyanatda həmin xəbərin doğru olub-olmadığı təsdiqlənməyib.

Sanders yazıb: “Açığını desəm, Putinin kimi prezident olaraq görmək istədiyi mənim vecimə deyil. Mənim Putinə mesajım açıqdır: Amerika seçkisindən uzaq dur və mən prezident olanda onun bunu etdiyindən əmin olacağam”.

“Donald Trampdan fərqli olaraq mən Vladimir Putini yaxşı dost hesab etmirəm. O, avtokrat quldurdur və Rusiyada demokratiyanı məhv edib, müxalif səsləri boğur. Açıq danışaq, rusiyalılar bizi bölməklə Amerika demokratiyasına xələl gətirmək istəyir və mən indiki prezidentdən fərqli olaraq onlara və bizim seçkiyə müdaxilə etmək istəyən başqa xarici qüvvələrə qarşı çıxıram” – deyə, o əlavə edib. (Amerikanın Səsi)