Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Trampın vəd etdiyi sanksiya Rusiyaya ciddi zərbə vura bilər –

User 15 İyul 2025 - 16:45 (Last updated: 15 İyul 2025 - 16:45)
rus neft

“Reuters” ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı vəd etdiyi ikinci dərəcəli sanksiyaların tətbiqinin mümkün nəticələrini təhlil edib.

AzPost bildirir ki, agentliyin təhlilçisinin fikrincə, bu tədbirlər Rusiya neftinin ixracına həqiqətən ciddi zərbə ola bilər. Lakin neft treyderləri hələ ki, Ağ Ev rəhbərinin öz hədələrini reallaşdıracağına inanmırlar.

Agentlik xatırladır ki, son illərdə neft gəlirləri Rusiyanın federal büdcəsinin 30%-dən 50%-ə qədərini təşkil edir və Kremlin əsas maliyyə mənbəyidir. Rusiya neftinin əsas alıcıları Çin, Hindistan və Türkiyədir.

İndi Qərb ölkələri Rusiya nefti üçün qiymət həddini 60 dollar səviyyəsində müəyyən ediblər. Lakin Moskva bu məhdudiyyətlərdən, o cümlədən “kölgə donanmasının” köməyi ilə uğurla yan keçməyi öyrənib.

Nəşr qeyd edir ki, əgər Tramp administrasiyası Rusiya ilə ticarət edən ölkələrə 100% ikinci dərəcəli rüsum tətbiq etsə,  bu, mövcud sanksiyalar rejimindən yan keçmək imkanlarının qarşısını alacaq. Nəticədə Rusiyanın neft gəlirlərini kökündən azalda bilər.

“Ancaq neft treyderləri buna inanmırlar. Trampın bəyanatlarından sonra neftin qiymətləri faktiki olaraq bir dollardan çox ucuzlaşıb. Bu, investorların Trampın əslində onun təhdidinə əməl edəcəyinə dair qeyri-müəyyənliyini nümayiş etdirir”, – nəşr yazır.

Buna səbəb Rusiya neftinin ixracına qarşı effektiv ikinci dərəcəli sanksiyaların böyük ehtimalla qlobal enerji bazarında qiymətlərin kəskin artmasına gətirib çıxaracağıdır.

Reuters qeyd edir ki, bu, qlobal inflyasiya təzyiqlərini artıracaq və nəticədə Amerika istehlakçılarına zərər verəcək. Tramp isə bunu etmək istəmir.

“Əslində, investorlar hesab edirlər ki, Trampın təhdidləri nə qədər ifrat olarsa, onların reallaşma ehtimalı bir o qədər azdır”- deyə agentlik yekunlaşdırır.

Donald Tramp bazar ertəsi bildirib ki, Rusiya Ukraynada 50 gün ərzində sülh sazişi ilə razılaşmasa, ona qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcək.

AzPost.az

Post navigation

Previous: Ukraynanın Baş naziri istefa verib
Next: TuranBank 2025-ci ilin I yarısının nəticələrini elan edib

Oxşar xəbərlər

zelenski uitkof kusner
  • Dünya

Moskvanın etirazına baxmayaraq, Avropa Ukrayna danışıqlarına cəlb olunur

User 13 Noyabr 2026 - 09:26
tramp
  • Dünya

“İrana qarşı zərbələri tərəddüdsüz bərpa edəcəyəm” – Tramp

User 13 Noyabr 2026 - 08:58
britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03

xƏBƏR

valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Noyabrın 13-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...
Read more about Bu günə olan valyuta məzənnələri
Moskvanın etirazına baxmayaraq, Avropa Ukrayna danışıqlarına cəlb olunur zelenski uitkof kusner
  • Dünya

Moskvanın etirazına baxmayaraq, Avropa Ukrayna danışıqlarına cəlb olunur

User 13 Noyabr 2026 - 09:26
MİDA min güzəştli mənzili satışa çıxarır- QİYMƏTLƏR menzil
  • Baş Yazı

MİDA min güzəştli mənzili satışa çıxarır- QİYMƏTLƏR

User 13 Noyabr 2026 - 09:22
Yuxu rejiminiz pozulubsa, bu problemlərlə üzləşə bilərsiniz Yuxusuzluq
  • Maraqlı

Yuxu rejiminiz pozulubsa, bu problemlərlə üzləşə bilərsiniz

User 13 Noyabr 2026 - 09:20
Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO ferrari01
  • Sosial

Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO

User 13 Noyabr 2026 - 09:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.