Türkan qəsəbəsində evdə toy mərasimi dayandırıldı –28 qonaq cərimələndi

Paytaxtın Xəzər rayonunda xüsusi karantin rejim qaydalarını pozaraq Türkan qəsəbəsində evlərin birində toy mərasiminin keçirilməsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejimi qaydalarına əməl etməyən mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 28 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunmaqla, inzibati tənbeh tədbirləri tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında qızıl medal qazanıb

Sonrakı məqalə

Bakıda Türk Şurasının media üzrə yüksək vəzifəli rəsmilərinin toplantısı keçirilir