Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

User 25 İyul 2025 - 12:24 (Last updated: 25 İyul 2025 - 12:24)
turanbank

Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan, beynəlxalq maliyyə qurumları ilə uğurlu əməkdaşlıqlarını davam etdirən TuranBank İsveçrənin aparıcı investisiya meneceri “BlueOrchard Finance” tərəfindən idarə olunan nüfuzlu “Covid-19 Emerging and Frontier Markets MSME Support Fund SCSp SICAV-RAIF” Fondu ilə yeni kredit sazişi imzalayıb.

Sazişə əsasən, “Covid-19 Emerging and Frontier Markets MSME Support Fund SCSp SICAV-RAIF” Fondu tərəfindən TuranBank-a 3 illik müddətə 5 milyon ABŞ dolları məbləğində yerli valyutada sintetik kredit ayrılıb. Cəlb edilən vəsait Bankın rəqabət qabiliyyətinin və maliyyə inklüzivliyinin artırılması istiqamətində olan strateji hədəflərinə uyğun olaraq ölkəmizin, xüsusilə regionlarda kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək və sahibkarlıq mühitinin inkişafına töhfə verəcək.

Məlumat üçün qeyd edək ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin  maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

TuranBank

Bizimlə etibarlıdır…

AzPost.az

Post navigation

Previous: MEDİA jurnalistlər üçün müsabiqənin nəticələrini açıqladı –
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

User 10 Noyabr 2026 - 10:47
trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.