Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair fövqəladə iclası başlayıb. Təşkilata sədrlik edən Türkiyənin təşəbbüsü ilə keçirilən iclasa TDT-yə üzv və müşahidəçi ölkələrin XİN başçıları qatılıb. Videokonfrans formatında keçirilən iclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunur. İclasa Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sədrlik edir.