Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Türk dünyasında media və informasiya təhlükəsizliyi müzakirə edilib

User 16 Sentyabr 2026 - 10:20 (Last updated: 16 Sentyabr 2026 - 12:17)
qht casfen

CASCFEN-in “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində ilk televiziya verilişində Türk dünyasının vahid televiziyasının yaradılması təklifi gündəmə gətirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qaliblərindən olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində ilk internet televiziya verilişi hazırlanıb.

Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Türk dünyasında media və informasiya təhlükəsizliyi – vahid media platforması və media əməkdaşlığının inteqrasiyada rolu” mövzusuna həsr olunan verilişə layihə rəhbəri, CASCFEN sədri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Nadir Azəri aparıcılıq edib. Verilişin studiya qonağı Kuzey Kıbrıs Türk Cümhuriyyətindən (KKTC) olan jurnalist Serdar Şengül, Daşkənddən onlayn şəkildə qoşulan qonaq isə Özbəkistan Milli Teleradio Şirkətinin əməkdaşı Dildora Abdullayeva olub.

Verilişin əvvəlində bildirilib ki, CASCFEN-in fəaliyyətinin əsas istiqamətlərindən biri Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi, xüsusilə Orta Asiya ilə Güney Qafqaz arasında əlaqələrin daha da möhkəmləndirilməsi prosesinə dəstək verməkdir. Bu məqsədlə təşkilat tərəfindən son illərdə Türk dünyasına həsr olunan müxtəlif layihələr həyata keçirilib.

Bildirilib ki, ilk verilişdə isə Türk dünyasının gələcək inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyan media və informasiya təhlükəsizliyi, vahid media platformasının yaradılması və media əməkdaşlığının rolu müzakirə olunub.

İlk sual Serdar Şengülə ünvanlanaraq Türk dünyasının birliyinin qorunması və gücləndirilməsi istiqamətində media və qeyri-hökumət təşkilatlarının hansı addımları atmalı olduğu soruşulub. Eyni sualı Dildora Abdullayevaya da cavablandırmaq təklif olunub və Özbəkistan mediasının bu prosesdəki rolu müzakirə edilib.

Verilişin ikinci hissəsində Türk dünyasının ortaq dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılmasında medianın rolu ön plana çıxarılıb. Serdar Şengüldən KKTC timsalında, Dildora Abdullayevadan isə Özbəkistan nümunəsində görülən işlər barədə fikirlər alınıb.

Verilişin üçüncü əsas mövzusunu çərçivəsində Türk dünyasının vahid televiziyasının yaradılması təklifi gündəmə gətirilib.

Beləliklə, verilişdə Türk dünyasının vahid informasiya məkanının formalaşdırılması, media əməkdaşlığının genişləndirilməsi, ortaq dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması, həmçinin vahid Türk televiziya platformasının yaradılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bundan bşaqa verilişdə KKTC-nin TDT-də müşahidəçi üzv kimi fəaliyyətinə də ayrıca nəzər salınıb.

AzPost.az

Post navigation

Previous: Neftimizin qiyməti 128 dollar oldu
Next: İranın ABŞ bazalarına hücumlarından sonra dağıntılar

Oxşar xəbərlər

qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30
cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06
qht mekteb
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir təşkil olunub

User 28 Oktyabr 2026 - 13:13

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.