Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Banner

Türk generalları 32 il əvvəl Qarabağ müharibəsində –

User 17 Avqust 2024 - 15:18 (Last updated: 21 May 2025 - 20:15)
turk generallar qarabaqda 1992-ci il

Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı müharibədə qardaş Türkiyə həmişə yanında olub.

44 günlük Vətən Müharibəsində Türkiyənin mənəvi və siyasi dəstəyi bunun bariz nümunəsidir.

Birinci Qarabağ müharibəsində də türk hərbçiləri yeni müstəqillik qazanmış, hərb təcrübəsi az olan Azərbaycanı tək buraxmayıb. 1992-93-cü illərdə Türkiyə hərbçiləri ölkəmizdə hərbi məsləhətçiləri cəbhə xəttində olur, ordu quruculuğunda öz töhfələrini verirdilər

Azpost.info-nun “FOTOXRONİKA” layihəsində təqdim etdiyi unikal fotoda Qarabağ cəbhəsində səngərdə olan türk generalları əks edilib. Şəkil 1992-93-cü illərdə çəkilib.

Korgeneral Engin Alan və Tumgeneral Aydoğan Aydın azərbaycanlı hərbçi Elxan Məmmədovla birgə döyüş şəraitini izləyir. Digər fotoda general Engin Alan mərhum prezident Heydər Əliyevlə birgədir.

Hazırda 80 yaşı olan Engin Alan Özel Kuvvetler Komutanı olub. İstefaya çıxdıqdan sonar Türkiyə Böyük Millət Məclisinin İstanbuldan deputatı seçilib.

1992-ci ildə general rütbəsi alan Engin Alan bir müddət Türkiyənin Moskvadakı səfirliyində attaşe olub. Daha sonra Azərbaycana göndərilən general Engin Alan bir müddət Azərbaycanda hərbi attaşe vəzifəsində çalışıb.

Engin Alan türk mediasına verdiyi müsahibələrində Azərbaycanda olduğu günləri xatırlayıb. O deyib ki, Azərbaycan onun canıdır: “Türkiyə mənim üçün nədirsə, Azərbaycan da mənim üçün elədir. Azərbaycanda xidmət etmişəm. Azərbaycanın 91-ci ildə əldə etdiyi müstəqilliyindən sonra, ordusunun qurulmasına xidmətlərim olub. O vaxt biz ermənilərin hücumuna qarşı “Rüzgar birliyi”ni yaratdıq”.

  1. Alan uzun illər separatçı qruplara qarşı savaşıb. Hərbçi karyerasını Türkiyəni bölmək istəyən PKK terrorçularına qarşı mübarizəyə həsr edib.

2012-ci ildə “Balyoz” (“Kuvalt”) məhkəməsi prosesində həbs olunaraq 18 il azadlıqdan məhrum edilən general Engin Alan bir il sonar bəraət alaraq azadlığa çıxıb.

General Engin Alan 1974-cü ildə Şmali Kiprdə həyata keçirilən desant əməliyyatında (“Kıbrıs herekatı”) iştirak edib. 1999-cu ildə PKK lideri Abdulla Öcalan və müavini Şemdin Sakıkın həbs olunması əməliyyatında Türkiyə tərəfdən rəhbərlik edib, Türkiyə xüsusi təyinatlılarına komandanlıq edib. 2000-ci ildə rütbəsi artırılaraq general  – leytenant çini alıb. Bundan sonra müxtəlif ordu birliklərində təchizat hissələrinə rəhbərlik edib. 2005-ci ildə ordudan tərxis olunub.

 

Şəhid Tumgeneral Aydoğan Aydın 1988-1992 İstanbul 6-cı Piyada Komutanlığı, 1992-1998 –ci illərdə Özel Kuvvetler Komutanlığında tim komutanı olub. 1992 –ci ildə Qarabağ savaşında Engin Alanla birgə Azerbaycanda fəaliyyət göstərib.

Aydoğan Aydın 31 may 2017 –ci ildə, 50 yaşında Şırnakda helikopter qəzasında həlak olub.

 

 

FOTO: Engin Alan.

 

FOTO: Şəhid general Aydoğan Aydın

Post navigation

Previous: Şəmkirdə 53 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Next: Misir prezidenti Qəzzada atəşkəs üçün səyləri birləşdirməyə çağırıb

Oxşar xəbərlər

kelbecer
  • Banner
  • Sosial

“Türkiyə Azərbaycana helikopter vermədi” iddiası doğrudurmu? –

User 12 Mart 2026 - 19:46
ziya bunaydov elcibey
  • Banner

Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –

User 22 Fevral 2026 - 10:00
mumiya esas
  • Banner

Firon sərdabələrini açan alimlər niyə ölürdülər? –

User 17 Fevral 2026 - 20:27

xƏBƏR

ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçiriləcək. Azpost.info təqdim edir.   AzPost.az
Read more about Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.