Türk hərbçilərinə qarşı terror aktı hazırlayan 13 PKK-çı zərərsizləşdirilib

09 Mart 2020 - 19:33

Suriyanın Tel-Rüfət bölgəsində Türkiyə ordusuna qarşı terror aktı hazırlayan 13 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” hesabında bildirilib. Qeyd olunub ki, PKK terror təşkilatının üzvü olan 13 nəfərin “Fərat qalxanı” iştirakçılarına qarşı təxribat hazırladığı müəyyənləşib. Keçirilən əməliyyatla onların hamısı məhv edilib.