“Türk Hava Yolları”nın zərəri 60%-dən çoxdur

Bu ilin I rübündə Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları”nın (THY) zərəri 61,5% artaraq 2,02 milyard TL (təxminən 297,3 milyon ABŞ dolları) olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, THY bundan sonra zərərləri azaltmaq üçün daxili reyslərdə kabin baqajı almayacağını və qidalanma xidmətini ləğv etdiyini açıqlayıb.

Məlumata görə, eyni dövrdə THY-nin gəlirləri 3% artaraq 15,3 milyard TL-yə (təxminən 2,2 milyard ABŞ dollarına) yüksəlib. Hesabat dövründə qurumun maliyyə xərcləri isə 859 milyon TL (təxminən 126 milyon ABŞ dolları) olub.

Qeyd edək ki, daha öncə koronavirus pandemiyasının yayılması səbəbi ilə uçuşları dayandıran “Türk Hava Yolları” iyunun 4-dən daxili uçuşları, iyunun 10-dan etibarən isə beynəlxalq uçuşları bərpa edəcəyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib

Sonrakı məqalə

Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı