Türk ordusu son altı ildə 18 mindən çox terrorçu zərərsizləşdirib

07 İyun 2021 - 09:11

2015-ci il iyulun 24-dən bu günədək Türkiyə Silahlı Qüvvələri tərəfindən 18 min 140 terrorçu zərərsizləşdirilib.

Bu barədə qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Qeyd edib ki, bu il aprelin 23-dən indiyədək Suriya və İraqın şimalında aparılan əməliyyatlar nəticəsində 352 terrorçu zərərsizləşdirilib. Bu ilin əvvəlindən ələ keçirilən terrorçuların sayı isə 1212 nəfərdir.