Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

“Türk xalqlarının mədəni irs sərgisi” çərçivəsində mədəni proqram davam edib

User 08 Sentyabr 2026 - 08:38 (Last updated: 08 Sentyabr 2026 - 10:42)
qht turk01

“Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk xalqlarının mədəni irs sərgisi” layihəsi çərçivəsində tədbirlər 5 sentyabr 2026-cı il tarixində də davam edib.

Sərginin ikinci gününün açılışı Aytən Həsənovanın nitqi ilə açıq elan edildikdən və layihə koordinatoru Leyla Musayevanın çıxışından sonra günün əsas proqramına start verilib. Proqram “İpək tək səma” müəllif kukla biennalisinin sərgi ekspozisiyasının ziyarəti ilə başlayıb. İştirakçılar “ Leyla Khazari “ Art Gallery-də nümayiş olunan müəllif kuklaları ilə tanış olub, müxtəlif türk xalqlarının sənətkarlıq və estetik ənənələrini əks etdirən yaradıcı nümunələri izləyiblər.

Proqramın növbəti hissəsində türk dövlətləri nümayəndələri Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər. Qonaqlar tarixi abidə və qoruğun ərazisi ilə tanış olub, Azərbaycanın zəngin tarixi-mədəni irsi haqqında məlumat əldə ediblər.

Layihənin koordinatoru Leyla Khazari sərginin türk xalqları arasında bir körpü olacağından danışıb.

Atəşgah ziyarəti layihənin yalnız sərgi formatı ilə məhdudlaşmadığını, eyni zamanda iştirakçıların Azərbaycanın tarixi və mədəni irsi ilə yaxından tanış olmasına imkan yaratdığını nümayiş etdirib.

Günün sonunda iştirakçılar üçün “Atəşgah” restoranında “Qala gecəsi” təşkil olunub.

Tədbir çərçivəsində mədəni proqram təqdim edilib, müxtəlif ölkələrdən gələn sənətkar və qonaqlar arasında qeyri-rəsmi görüş və fikir mübadiləsi keçirilib.

“Qala gecəsi” həmçinin iştirakçılar arasında yeni əlaqələrin qurulması, yaradıcılıq əməkdaşlığının təşviqi və türk xalqlarının mədəni irsi ətrafında fikir mübadiləsi baxımından mühüm platformaya çevrilib.

Tədbirin sonunda layihədə iştirak edən qonaq və sənətkarlara təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

Layihə çərçivəsində keçirilən proqram türk xalqlarının ortaq mədəni irsinin yalnız sənət əsərləri vasitəsilə deyil, canlı ünsiyyət, mədəni təcrübə və qarşılıqlı əməkdaşlıq vasitəsilə də tanıdılmasına xidmət edib.

 

AzPost.az

Post navigation

Previous: Şəkər əvəzedicisi ilə bağlı həyəcan:
Next: Azərbaycanlı rejissor Yefim Abramov vəfat edib

Oxşar xəbərlər

qht ces01
  • QHT

QHT-lər üçün rəqəmsal kommunikasiya strategiyası üzrə təlim keçirilib

User 15 Oktyabr 2026 - 14:28
qht len01
  • QHT

Lənkəranda iqlim çağırışlarına həsr olunan tədbir keçirilib

User 14 Oktyabr 2026 - 15:54
qht01
  • QHT

CASCFEN-in keçirdiyi rəsm müsabiqəsinin qalibləri bəlli olub

User 12 Oktyabr 2026 - 11:38

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.