Türkiyədə terror aktı törədilib - 4 nəfər ölüb, 13 nəfər yaralanıb
Türkiyənin Diyarbəkir vilayətində Kulp və Muş şəhərləri arasındakı magistral yolda yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.
Azpost.info Azərtac-a istinadən xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Məlumatda terrorun PKK tərəfindən törədildiyi bildirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçuların tapılması üçün bütün imkanların səfərbər ediləcəyini bildirib.
Növbəti xəbər yüklənir...