Türkiyə 40 ədəd F-16 qırıcısı almaq üçün ABŞ-a müraciət edib –

"Reuters" agentliyi
08 Oktyabr 2021 - 08:14

Türkiyə 40 ədəd F-16 qırıcı təyyarəsi almaq və Ankarada mövcud olan təxminən 80 amerikan qırıcı təyyarəsinin modernləşdirilməsi üçün ABŞ-a müraciət edib.

Bu barədə mənəbələrə istinadən “Reuters” agentliyi xəbər yayıb.

Mənbələrin sözlərinə görə, müqavilə milyardlarla dollar təşkil edir, lakin hələ Dövlət Departamenti və Pentaqonun bir hissəsi olan müvafiq hökumət qurumu tərəfindən öyrənilir.

Dövlət Departamentindən məsələ ilə bağlı bildirilib ki, silah və texnikanın digər ölkəyə satışı və ya verilməsi rəsmi olaraq Konqresə təqdim edilməlidir və yalnız bundan sonra məsələ təsdiq və ya şərh edilə bilər.