Türkiyə millisinin yeni baş məşqçisi rəsmiləşmək üzrədir.
Qol.az “NTV Spor”a istinadən xəbər verir ki, yığmanı Okan Buruk çalışdıracaq. Türkiyə Futnol Federasiyasının (TFF) 47 yaşlı mütəxəssislə razılığa gəldiyi bildirilib. TFF-nin qısa müddətdə bu təyinatı rəsmən açıqlayacağı vurğulanıb.
Qeyd edək ki, O.Burak son olaraq “Başakşehir”i çalışdırıb.
Xatırladaq ki, TFF bu gün baş məşqçisi Şenol Güneşi istefaya göndərib