“Türkiyə ilə ən yüksək səviyyədə dialoqa hazırıq” –

Paşinyanın mətbuat katibi
20 Sentyabr 2021 - 13:28

“Hal-hazırda Ermənistan və Türkiyənin nümayəndələri arasında hər hansı təmas yoxdur. Amma İrəvan Ankara ilə ən yüksək səviyyədə dialoqa hazırdır”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş nazirinin mətbuat katibi Mane Gevorkyan erməni KİV-lərinə açıqlamasında bildirib.

“Effektiv işlərin aparılacağı təqdirdə Ermənistan ən yüksək səviyyədə görüşə hazır olacaq”-deyə o vurğulayıb.