Türkiyə ilə Gürcüstan arasında gömrük-keçid məntəqəsi fəaliyyətini bərpa edib

Türkiyə ilə Gürcüstan arasındakı Sarp gömrük-keçid məntəqəsi fəaliyyətini bərpa edib.

Gömrük-keçid məntəqəsindən qarşılıqlı istiqamətdə hərəkət üçün yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı iki doza peyvəndin vurulmasını təsdiq edən sənəd və yaxud COVID-19 virusuna qarşı testin neqativ cavabı tələb olunur.

Qeyd edək ki, Sarp gömrük-keçid məntəqəsi koronavirus pandemiyası səbəbindən keçən il martın 20-dən bağlanıb. Ötən müddətdə Sarp gömrük-keçid məntəqəsindən yalnız ağır tonnajlı yük maşınları hərəkət ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kiyevdə azərbaycanlıları kim döyüb? –

Sonrakı məqalə

“”Şuşa haqqında” qanun Azərbaycanın gələcəyi üçün önəmlidir” –