“Türkiyə ilə yaxşı əlaqələr eyni fikirdə olduğumuz mənasını ifadə etmir” –

Lavrov
16 Fevral 2020 - 13:16

Rusiya Xarici İşlər naziri Sergey Lavrov İdlibdəki son vəziyyətlə bağlı sensasion açıqlama verib.

Rusiyalı diplomat İdlibdə Suriya Prezidenti Bəşər Əsədin qələbəsinin qaçılmaz olduğunu bəyan edib.

“Türkiyə ilə yaxşı əlaqələrimiz var, ancaq bu, bütün məsələlərdə eyni fikirdə olduğumuz mənasını ifadə etmir. Ölkələr arasında bütün məsələlərdə eyni fikrin olması mümkünsüzdür”, – deyə Lavrov bildirib.

Xatırladaq ki, Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bir araya gəlmişdi. Çavuşoğlu görüşdən sonra Rusiya XİN rəhbəri ilə faydalı danışıqların aparıldığını bildirmişdi.