Türkiyə kubokunda finalçılar müəyyənləşib

18 Mart 2021 - 01:34

Martın 17-də futbol üzrə Türkiyə kubokunun yarımfinal matçında “Antalyaspor” doğma meydanda “Alanyaspor”u qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Antalya təmsilçisinin heyətində qolları 18-ci dəqiqədə Lukas Podolski və 82-ci dəqiqədə Hakan Özmert vurub.

Beləliklə, “Antalyaspor” bu qələbə sayəsində finalda “Beşiktaş”a rəqib olub.

Qeyd edək ki, Türkiyə kubokunda final oyununun yeri və vaxtı hələ açıqlanmayıb.