Moskvada yaşayan azərbaycanlı jurnalist vəfat edib –FOTO

Rusiyada yaşayan azərbaycanlı jurnalist Araz Axundov vəfat edib.

Araz İsmayıl oğlu Axundov martın 17-də 77 yaşında Moskvada dünyasını dəyişib.

Tanınmış şərqşünas, ərəbşünas, jurnalist A.Axundov uzun müddət Livan, İraq və Suriyada çalışıb. O, son illərə qədər  “Russia Today” Beynəlxalq Telekanalının ərəb redaksiyasında fəaliyyət göstərib.

A.Axundov həm də fotoqraf kimi tanınıb. 2011-ci ildə Moskva Millətlər Evində onun Azərbaycan və Moskvaya həsr olunan “Azərbaycan və Moskva Araz Axundovun gözü ilə” adlı  ilk şəxsi sərgisi keçirilib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İtkin düşən hərbçimizin nəşi Xocavənd istiqamətində tapılıb –

Sonrakı məqalə

Türkiyə kubokunda finalçılar müəyyənləşib