Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Türkiyə mediasındakı saxta xəbərlər Birgə Media Platformasına ziddir” –

User 25 Sentyabr 2025 - 14:53 (Last updated: 25 Sentyabr 2025 - 14:53)
media

Türkiyə mediasında neqativ tendensiya ilə bağlı narahatlıq

“Rusiya, İran, Ermənistan və Qərb mediası üçün xarakterik olan bu tip dezinformasiya axınının Türkiyə mediasında da özünü göstərməsi Azərbaycan cəmiyyətində dərin təəssüf doğurur”.

Bunu Türkiyə mediasında artıq neqativ tendensiya halını almaqda olan məsələ ilə bağlı APA-ya açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib.

Xarici informasiya resurslarında dezinformasiya kampaniyaları

O qeyd edib ki, bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı zaman-zaman dezinformasiya kampaniyasının aparıldığı müşahidə olunur:

“Sentyabrın 23-ü Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məsələ ilə bağlı açıqlama yayıb. Türkiyənin sosial media seqmentində və Azərbaycana qərəzli mövqeyi ilə seçilən bəzi media qurumları tərəfindən yayılan saxta xəbərlərin “Hüriyyət” və “Sabah” qəzetləri də daxil olmaqla, bir sıra ciddi informasiya resurslarında da tirajlanmasından, Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, şübhəli mənbələrə istinad edilərək dezinformasiyaların dərc olunmasından dərin təəssüf hissi keçiririk”.

Media əməkdaşlığına zidd yanaşma

O bildirib ki, qardaş ölkənin aparıcı media qurumlarının belə yanaşması “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2021-ci ildə imzalanmış Anlaşma Memorandumu ilə formalaşdırılmış Azərbaycan-Türkiyə Birgə Media Platformasının mahiyyətinə ziddir.

Birgə Media Platformasının məqsədləri

Xatırladaq ki, Birgə Media Platformasının əsas hədəflərindən biri də beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizənin aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasıdır.

 

Türkiyə qurumlarına çağırış

“Əmin olmaq istərdik ki, qardaş ölkənin media və kommunikasiya sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumları Türkiyənin media mühitində Azərbaycanla bağlı artan dezinformasiya axınının qarşısını almaq üçün izahedici iş aparacaqlar”, – Natiq Məmmədli qeyd edib.

AzPost.az

Post navigation

Previous: “CityNet”dən yeni abunəçilərə xüsusi endirim kampaniyası
Next: “Onları terrora məruz qoyurduq” –

Oxşar xəbərlər

dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48
1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.