“Türkiyə müdafiə və təhlükəsizliyini öz imkanları hesabına təmin edir” –

Hulusi Akar
07 Yanvar 2022 - 00:26

Müdafiə sahəsində güclü və müstəqil olmayan millətlərin gələcəklərini etibarlı şəkildə qurması qeyri-mümkündür.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bir sıra hərbi sənaye obyektlərinin rəsmi açılışı mərasimində deyib.

“Türkiyə artıq istehlak etmir, istehsal edir, idxal etmir, ixrac edir, müdafiə və təhlükəsizliyini başqa ölkələrin iradəsinə uyğun olaraq deyil, öz imkanları ilə təmin edir, və həmdə dost, qardaş dövlətlərin ehtiyaclarını da ödəyir”.

Nazir müdafiə sahəsində güclü və müstəqil olmayan millətlərin gələcəklərini etibarlı şəkildə qurmasının mümkün olmadığını da vurğulayıb: “Biz indi yerli avtomatlarımızı, ağıllı dəqiq döyüş sursatlarımızı, milli dəniz artilleriyasini, yaylım atəşli reaktiv sistemləri, Fırtına haubitsalarını, PUA, silahlı PUA, hücum PUA-ları, ATAK helikopterlərini, freqatlarımızı və döyüş gəmilərimizi layihələndirmək, istehsal və ixrac etmək səviyyəsinə çatmışıq”.(APA)