Türkiyə parlamenti Finlandiyaya “hə” dedi- NATO-ya üzvlük protokolunu ratifikasiya etdi

Türkiyə parlament komissiyası Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu ratifikasiya edib.

Azpost.info xəbər verir ki, növbəti mərhələdə sənədə türkiyəli deputatlar baxacaq.

Səsvermənin nəticəsi müsbət olarsa, Finlandiya bu il iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammiti zamanı Şimali Atlantika Alyansına rəsmi şəkildə qoşula biləcək.

Müsbət qərarın qəbulu üçün səs çoxluğu tələb olunur.

Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar bildirib ki, ölkə hökumətinin Finlandiyaya heç bir iradı yoxdur. Ona görə də ölkənin NATO-ya daxil olmasına razılıq verilməsi üçün heç bir maneə görmür.

Azpost.info

Əvvəlki məqalə

Pandemiyadan sonra sərnişindaşımada ilk rekord göstərici qeydə alınıb

Sonrakı məqalə

ABŞ Belarus müxalifəti və vətəndaş cəmiyyəti ilə strateji dialoqa başlayacaq