“Türkiyə hakimiyyətinin ən azı mayın 14-də keçiriləcək prezident seçkilərinə qədər İsveçin NATO-ya üzvlüyü ilə bağlı mövqeyini dəyişəcəyini gözləmək lazım deyil”.
Azpost.info xəbər verir ki, bunu Türkiyənin “Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazıb.
“Yanvarın 21-də isveçli siyasətçi Rasmus Palidan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında nümayişkaranə şəkildə Quranı yandırdıqdan sonra İsveç ABŞ-ın və digər NATO ölkələrinin təşkilata qoşulmasında dəstəyinə arxalanmamalıdır”, – nəşr qeyd edir.
İsveçin NATO-ya üzvlük ərizəsinin Türkiyə parlamenti tərəfindən ratifikasiyası perspektivi tamamilə İsveçin Türkiyə ilə terrorizmlə mübarizə və ikitərəfli münasibətlərin normallaşdırılmasına dair imzaladığı memorandumun icrasından, yəni PKK-nı dəstəkləməkdən imtina etməsindən asılı olacaq. Amma istənilən halda bu istiqamətdə hər hansı bir hərəkəti yalnız seçkilərdən sonra gözləmək olar.
Azpost.info