Türkiyə Suriya ordusuna qarşı hərbi əməliyyata başladı –

Havadan və qurudan zərbələr endirilir
28 Fevral 2020 - 03:17

İdlibdə 22 hərbçisi həlak olan Türkiyə ordusu hazırda Suriya ordusuna hava və quru zərbələri endirir.

Azpost.info bildirir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasının rəsmisi Fəxrəddin Altun  bildirib. “Silahlı Qüvvələrimiz aviasiya və quru qüvvələri Suriya ordusuna zərbələr endirir. Cavabımız çoxdəfəli olacaq”.

Türkiyə dünya ictimaiyyətinə və Astana prosesinin iştirakçılarına müraciət edərək suriya rejimi tərəfindən insanlığa qarşı cinayətləri dayandırmaq üçün məsuliyyəti üzərinə götürməyə çağırıb.

“Bayrağımıza uzanan əli qırana qədər bizim fəaliyyətimiz Suriyada davam edəcək”- deyə Altun bəyanatında bildirib.