“Türkiyə və İran dini liderləri Qarabağ torpaqlarının islam torpaqları olduğunu bildiriblər” –

SEYXÜLİSLAM
16 Oktyabr 2020 - 15:06

“Şuşanın adı tarix boyu bütün mənbələrdə Şuşa yazılıb, deyilib, Şuşi yazırlar”.

Bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında bildirib.

QMİ sədri deyib ki, Türkiyə və İran dini liderləri Qarabağ torpaqlarının islam torpaqları olduğunu bildiriblər: “Biz Moskvada Kirill cənabları ilə görüşdə dedik ki, gəlin, əsir və girov düşənlərin azad edilməsi ilə bağlı addım ataq. Qaragen də bunu öz tərəfindən öhdəsinə götürdü. Mən qayıdanda bunu Ümummilli lider, Prezident Heydər Əliyevə çatdırdım. Prezident Heydər Əliyev 2 ermənini azad etdi, amma ermənilər bizim əsir və girovları azad etmədilər”.