“Türkiyə və İran dini liderləri Qarabağ torpaqlarının islam torpaqları olduğunu bildiriblər” –SEYXÜLİSLAM

“Şuşanın adı tarix boyu bütün mənbələrdə Şuşa yazılıb, deyilib, Şuşi yazırlar”.

Bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında bildirib.

QMİ sədri deyib ki, Türkiyə və İran dini liderləri Qarabağ torpaqlarının islam torpaqları olduğunu bildiriblər: “Biz Moskvada Kirill cənabları ilə görüşdə dedik ki, gəlin, əsir və girov düşənlərin azad edilməsi ilə bağlı addım ataq. Qaragen də bunu öz tərəfindən öhdəsinə götürdü. Mən qayıdanda bunu Ümummilli lider, Prezident Heydər Əliyevə çatdırdım. Prezident Heydər Əliyev 2 ermənini azad etdi, amma ermənilər bizim əsir və girovları azad etmədilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Allahşükür Paşazadə:

Sonrakı məqalə

“Dinlərarası münaqişədən söhbət gedə bilməz” –