Türkiyənin Müdafiə naziri Hulusi Akar Moskvada İdliblə bağlı əldə olunmuş razılaşma ilə bağlı açıqlama verib.
CNN TÜRK-ün verdiyi xəbərə görə, nazir bildirib ki, martın 15-dən etibarən Suriyada M4 avtomobil yolunda Türkiyə və Rusiya hərbçiləri birgə patrul xidmətinə başlayacaqlar. Akar qeyd edib ki, qarşıdakı həftənin əvvəlində Rusiya hərbi heyəti Ankaraya səfər edəcək.