“Türkiyədə 101 yanğından 91-i nəzarət altına alınıb”

31 İyul 2021 - 21:48

“Türkiyədə 101 yanğından 91-i nəzarət altına alınıb”.

Bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün “twitter” səhifəsində yazıb.

“4 gündür ölkədə təbii fəlakət yaşadığını bildiririk”, deyə qeyd edən nazir qalan 10 yanğının söndürülməsində yanğınsöndürənlərin bütün gücü ilə çalışdıqlarını bildirib.