Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

09 İyul 2020 - 01:57

Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda 4,4 maqnitudada zəlzələ qeydə alınıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD)  verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 23.57-də yerin 7 kilometr dərinliyində baş verib və təkanlar Adıyaman və Elazığda da hiss edilib.