Türkiyədə avtobus qəzaya uğrayıb –

14 nəfər ölüb
08 Avqust 2021 - 09:29

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, hadisə yerli vaxtla gecə saat 04.40 radələrində Balıkesir-Edremit yolunda baş verib.

Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 14 nəfər ölüb, 18 nəfər xəsarət alıb.