Türkiyədə bu gün koronavirusdan 82 nəfər vəfat edib

19 Fevral 2021 - 20:33

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 82 nəfər vəfat edib.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 7 419 nəfər  COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan  sağalan xəstələr 7 498, ağır xəstələr isə 1185 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 624 019 nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 2 511 548 nəfər sağalıb, 27 903 nəfər isə həyatını itirib.