Türkiyədə FETÖ əməkdaşlıqda şübhəli bilinən hərbçilər saxlanılıb

27 Noyabr 2020 - 11:21

Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilib.

İstanbul başda olmaqla ölkənin 14 vilayətində paralel keçirilən əməliyyatlar zamanı terror təşkilatları ilə əlaqə saxlamaqda şübhəli bilinən 44 hərbçinin əksəriyyəti saxlanılıb.

Şübhəli bilinən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.