Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 94 nəfər saxlanılıb

19 Sentyabr 2020 - 21:20

Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinənlərin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkənin 34 vilayətində paralel keçirilən əməliyyatlar zamanı terror təşkilatı ilə əlaqə saxlamaqda şübhəli bilinən 131 nəfərdən 94-ü saxlanılıb.

Şübhəli bilinən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.