ABŞ-ın Portlend şəhərində polisə aksiya zamanı 11 nəfər saxlanılıb

Bir neçə aydır kütləvi iğtişaşların səngimədiyi ABŞ-ın Portlend şəhərində polisə qarşı müqavimət göstərdiyinə görə 11 nəfər saxlanılıb.

 “RİA Novosti” xəbər verir ki, bu barədə şəhər polisinin yaydığı məlumatda deyilir.

Məlumata görə, yerli vaxtla təxminən 20:45-də bir qrup insan etirazın başladığı federal qurumun binasına doğru yürüş edib. Kütlə polis tərəfindən dağıdılıb.

“Portlend polisi izdiham arasındakı bəzi konkret şəxslərin polis əməkdaşlarına küt əşyalar atmaqla cinayət törətdiklərini müəyyən edib. Buna görə də 11 nəfər həbs olunub”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 94 nəfər saxlanılıb

Sonrakı məqalə

Süni tənəffüs cihazına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb