Türkiyədə FETÖ üzvü olmaqda şübhəli bilinən 91 nəfər saxlanılıb

Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Məlumata görə, “Kıskaç-10” kod adı altında aparılan əməliyyatın gedişində FETÖ üzvü olmaqda şübhəli 91 nəfər saxlanılıb. Beş gün davam edən əməliyyat İstanbul, Ankara, İzmir, Antalya, Bursa kimi böyük şəhərlər də daxil olmaqla, Türkiyənin 30 vilayətində keçirilib.

Əvvəlki məqalə

Husilər ABŞ-ın ticarət gəmisinə və bir neçə esminesinə hücum edib

Sonrakı məqalə

Sükan arxasında seriala baxan sürücü işdən qovuldu –