Türkiyədə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb

Türkiyənin 21 vilayətində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata əsasən, ötən dörd gün ərzində “BOZDOĞAN-17” kod adı altında keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb.

Əməliyyat zamanı terror təşkilatına aid çox sayda sənəd və rəqəmsal material ələ keçirilib.

Əvvəlki məqalə

Sərhədi pozan iranlı narkotacirlər qaçmaq istədilər, atəş açıldı –

Sonrakı məqalə

“Bu iki seçki bizi yordu…” –