Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı bilindi

- RƏSMİ
08 May 2020 - 15:30

“Türkiyədə yaşayan 11 azərbaycanlı koronavirusuna yoluxub”. 

Bunu “Report”un yerli bürosuna Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxan həmvətənlərimizdən 6-sı sağalaraq xəstəxanadan evə buraxılıb: “Hazırda digər 5 nəfərin müalicəsi hələ də davam edir. Onların vəziyyəti sabitdir”.

X.İbrahim səfirlik işçilərinin mütəmadi olaraq onlarla əlaqə saxladığını və bütün lazımı dəstəyi verdiyini deyib.