Türkiyədə kütləvi iftar süfrələri ilə bağlı məhdudiyyətlər tətbiq ediləcək

30 Mart 2021 - 00:12

“Türkiyə koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar məhdudiyyətləri yenidən sərtləşdiriləcək”.

Bunu Prezident Tayyip Ərdoğan Ankarada keçirilən mətbuat konfransında bildirib.

Ərdoğan deyib ki, “qırmızı” əyalətlərdə komendant saatı yalnız bazar günləri deyil, şənbə günləri də tətbiq ediləcək.

Qeyd edək ki, Türkiyədə dövlət rəsmiləri tərəfindən Ramazan ayında kütləvi iftar süfrələri ilə bağlı məhdudiyyətlərin tətbiq ediləcəyinə də qərar verilib. (APA)