Türkiyədə meşə yanğını nəzarət altına alınıb

Türkiyənin Muğla vilayətinin Datça rayonunda meşəlik ərazidə baş verən yanğın nəzarət altına alınıb, soyutma işləri davam edir.

Bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişci bildirib.

Qeyd olunub ki, yanğın 300 hektara yaxını meşəlik, 400 hektarı isə kənd təsərrüfatı sahəsi olmaqla ümumilikdə 700 hektar ərazini əhatə edib. Alovun yaşayış yerlərinə doğru irəliləməsi səbəbindən bölgədən 3520 insan təxliyə edilib. Hadisə nəticəsində 4-ü ciddi olmaqla, 10 evə ziyan dəyib. Yanğın nəticəsində tələfat olmayıb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən 22 nəfərdən 13-ü artıq evə buraxılıb.

Qeyd edək ki, iki gün davam edən yanğının söndürülməsinə bir ədəd pilotsuz uçan aparat (İHA), 12 xüsusi təyyarə, 29 helikopter, 576 çox yanğınsöndürən texnika və 1500-dək canlı qüvvə cəlb edilib(azərtac).

Əvvəlki məqalə

Rusiyanın Vinnitsaya raket zərbəsindən 20 nəfər ölüb –

Sonrakı məqalə

I və IV qrupların imtahanı eyni gündə keçiriləcək