Türkiyədə sel qurbanlarının sayı 31 nəfərə çatıb

13 Avqust 2021 - 20:30

Türkiyənin şimal rayonlarında sel fəlakəti nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

Bildirilib ki, sel fəlakətindən Kastamonu vilayətində 29, Sinopda 2 nəfər sel fəlakətinin qurbanı olub.

Bartında itkin düşən bir nəfərin isə axtarışları davam edir.